Səbuhi Zeynalov, “Hədəf Nəşrləri” NE-nin direktoru
Biz 2019-cu ildən fəaliyyət göstəririk və nəşriyyat evimiz beş ən böyük ixtisaslaşmış təşkilatdan biridir. Yerli bazarda isə biz nəşr edilən dərsliklərin sayına görə liderik. Biz fəaliyyətimizə metodik kitabların nəşri ilə başlamışıq və bu illər ərzində çoxlu materiallar nəşr etmişik. Hal-hazırda, nəşrlərin həcminə təxminən yeddi yüz adda məhsul daxildir.
Pandemiya dövründə bu cür materialların nəşri bir qədər dayandı və biz bədii ədəbiyyatın nəşrinə başlamaq qərarına gəldik. Nəşriyyatın əsas istiqaməti uşaq ədəbiyyatı olduğundan sərgidə məhz uşaq kitablarının geniş çeşidini təqdim edirik. Bunların arasında uşaqlar üçün hazırlanmış şəkilli “Dədə Qorqud” kitabının beş versiyasından biri də yer alır.
Məqsədimiz auditoriyamızı genişləndirmək və uşaqları tərbiyə etməkdir. Bu tədbiri nəzərə alaraq, biz İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş kitablar nəşr etmişik. Mübariz İbrahimova həsr olunmuş kitab haqqında məlumat vermək istərdim. Bu, Azərbaycanda ilk cizgi romanıdır. Çox istərdik ki, gələcək nəsil əsil vətənpərvərlər kimi bu qələbə ruhunda böyüsün.
Sərgi bizə işlərimizi geniş auditoriya kütləsinə çatdırmaqda və planlarımız haqqında məlumat verməkdə kömək edir. Bu planlarımız arasında Azərbaycanlı uşaqların bizim kitablarımızla böyüyüb tərbiyə alması kimi arzumuz da var.