Çağdaş dövr türk uşaq ədəbiyyatının simalarından olan Fatih Erdoğan 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi haqqında fikirlərini bildirərkən qeyd etdi ki, ilk dəfə Azərbaycanda iyirmi il öncə keçirilmiş Kitab sərgisində iştirak etmişdir. Həmin vaxt sərginin təşkil edildiyi yer kiçik idi. Sərgidə 3-5 nəşriyyat evi iştirak edirdi. Bu, kitab sərgisinin keçirilməsinin başlanğıcı idi. Ancaq indi möhtəşəm bir sərginin təşkil edildiyini görürük. Fatih Erdoğan vurğuladı ki, xüsusi mühüm məqam kitablarının burada yayımlanmasıdır. Bəzən uşaqlarla qarşılaşanda kitablarımı oxuduqlarını, sevdiklərini söyləyirlər. Onun “Sehirli kitab”ının təqdimatının keçirilməsi iki ölkə arasında uşaq ədəbiyyatının inkişafında, uşaq yazarlarının bir-biri ilə ünsiyyət və əməkdaşlıq mərhələsində mühüm addımdır.