“Tarix yazan qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirildi

“Tarix yazan qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirildi

7 oktyabr 2022 0000

Oktyabrın 7-də Bakı Ekspo mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Üzeyir Hacıbəyov adlı təqdimat zonasında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə çap olunan “Tarix yazan qəhrəmanlar” adlı kitabın təqdimat mərasimi keçirildi. Əvvəlcə kitabın elmi redaktoru Nərgiz Cabbarlı nəşrin hazırlanması ilə bağlı geniş məruzə etdi. O, kitabın İkinci Qarabağ Savaşı zamanı şəhid olmuş qəhrəmanların xatirəsinə ithaf olunduğunu bildirdi. Vətənimizin uğrunda canını fəda edən hər bir hərbçinin, vətəndaşın igidliyi, qəhrəmanlığı haqqında yazmağın böyük şərəf olduğunu bildirdi. Nərgiz Cabbarlı çıxışında qeyd etdi ki, adından da bəlli olduğu kimi, Ali Baş Komandanın uzaqgörən siyasəti nəticəsində bu qələbə əldə olunmuş və biz dünya ölkələri arasında öz gücümüzü, məğlubedilməzliyimizi nümayiş etdirmişik. Şəhidlərimizin Azərbaycan xalqına, millətinə yaşatdıqları qürur, fəxarət hissi illərlə yaşayacaq, gələcək nəsillərə ötürüləcək. Bu baxımdan kitab çox dəyərlidir və mühüm tarixi əhəmiyyətə malikdir.

Sonra söz Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müşaviri Arif Babayevə verdi. Arif Babayev  kitabın ideya müəllifinin general-mayor Mədət Quliyev olduğunu bildirdi. İkinci Qarabağ savaşında ordumuzun gücündən, ölkə başçısı İlham Əliyevin sərgilədiyi yüksək politoloji mövqe və nüfuzdan bəhs edən Arif Babayev yaddaşın qorunması, tariximizin yeni yetişən gəncliyə lazımınca tanıdılması baxımından bu cür kitabların əhəmiyyətini önə çəkdi. O, kitabın çap olunmasında böyük işçi qrupunun əməyi keçdiyini vurğuladı, onlara təşəkkürünü bildirdi. Kitabın əsas özəlliyinin onun nəfis tərtibatda çap edilməsi olduğunu bildirdi. Qeyd etdi ki, kitab yeni texnologiyalar əsasında çap olunduğundan orda yerləşdirilən QR kodu ilə istənilən məlumata baxmaq, əldə etmək mümkündür.

Tədqimatdın sonunda  Arif Babayev kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür etdi, “Şərq-Qərb” nəşriyyatının fəaliyyətini xüsusi vurğuladı.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN