Nuranə Ələkbərova, rəssam-heykəltəraş
Mən Elxan Elatlının son kitabındakı rəsmlərin müəllifi olaraq sərgi çərçivəsində keçirilən təqdimata gəlmişəm. Sərgi çərçivəsində keçirilən belə görüşlər, avtoqraf sessiyaları çox maraqlıdır. Bu tədbirlərdə böyüklü-kiçikli geniş oxucu kütləsi bir araya gəlir. Sərgidəki bu rahat və komfortlu ab-hava çox xoşuma gəldi.
Sərgini ziyarət məqsədlərimdən biri də özüm və övladım üçün kitab almaq idi. Mən burada lazım olan xeyli kitab tapdım və həm görüşlərdən, həm də alış-verişdən zövq aldım. Türkiyənin və Bakı kitab mərkəzinin stendlərini, gözəl bəzədilmiş giriş tağını bəyəndim. Ziyarətçilərin çoxluğu məni yaxşı mənada təəccübləndirdi. Sevindirici haldır ki, onların arasında xeyli sayda gənc insan var.