Sərgi ədəbiyyatın bütün spektrini nümayiş etdirir

Sərgi ədəbiyyatın bütün spektrini nümayiş etdirir

9 oktyabr 2021 0000

Rüstəm Behrudi, müasir Azərbaycan şairi

- Kitab sərgisi cəmiyyətin həyatında çox əhəmiyyətli yer tutur və şübhəsiz ki, cəmiyyətdə ona ehtiyac var. Min illərdir ki, insanlıq kitab sayəsində inkişaf etmişdir. İnsanların oxumağa və təhsilə olan ehtiyacı tükənməzdir. Dünyadakı bir çox kitab sərgilərində və yarmarkalarında iştirak etmişəm və deyə bilərəm ki, Bakı heç də onlardan geri qalmır. Mən təşkilatçılara və sərgidə iştirak edən bütün təşkilatlara, ilk növbədə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə belə genişmiqyaslı bir tədbirin keçirilməsinə görə təşəkkür edirəm.

Onu da qeyd edim ki, cahil, savadsız, heç nə ilə maraqlanmayan və kitab oxumayan insanlar cəmiyyət üçün həmişə təhlükə doğurur. İnsanlarda mütaliəyə, özünüinkişafa və maariflənməyə maraq oyadan bu cür tədbirlər nə qədər çox keçirilsə, cəmiyyətimiz cəhalətdən və savadsızlıqdan bir o qədər uzaq olacaq.

Sərgi ədəbiyyatın bütün spektrini – akademik, elmi, bədii ədəbiyyatı nümayiş etdirir. Sevindirici haldır ki, bunların arasında müasir, gənc Azərbaycan müəlliflərinin əsərləri də var. Onların adları bəlkə də hələ hamıya məlum deyil. Sərgi sayəsində onlar daha çox tanına bilərlər.

Bir müəllim kimi burada nümayiş olunan akademik ədəbiyyat mənə xoş təsir bağışladı. Müasir təhsildə o qədər çox yeni məhsul, metod və yanaşma var ki, onları görəndə sadəcə təəccüb edirsən. Kitab sərgisi bizə bütün bunlarla tanış olmağa imkan yaradır.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN