Fransız dilini öyrənən hər kəs üçün

Fransız dilini öyrənən hər kəs üçün

9 oktyabr 2021 0000

İlkin Babaev, Azərbaycan-Fransız İnstitutunun kitabxanaçısı

Ziyarətçiləri bizim İnstitut, habelə Fransız dilini öyrənən və bu dil üzrə ixtisaslaşmış hər kəs üçün nəzərdə tutulan dörd yüz mindən çox resursa malik “Culturethèque” onlayn kitabxanası ilə tanış etmək məqsədi ilə bu kitab sərgisində ikinci dəfə iştirak edirik. Kitabxanamızda Fransada nəşr olunan jurnal və qəzetlərin bütün son nömrələri var. İnstitutun üzvləri bu resursdan yararlana, mətbuat nümayəndələri isə kitabxanasının fransız dili dərslərində iştirak edə bilərlər. Bizim kitabxanada əsasən həm müasir və klassik fransız ədəbiyyatı, həm də uşaqlar üçün bir çox komiks və kitablar təqdim edilir.

Bu gün sərginin ikinci günüdür, deyə bilərəm ki, pandemiya səbəbindən onlayn məzmuna müraciət etməyimizə baxmayaraq, insanların axını dayanmır və onlar əsasən ənənəvi kitablarla maraqlanırlar. Stendimizdə ziyarətçilərdə maraq oyatmaq və onları mövcud resurslarla tanış etmək üçün onlayn kitabxanaya çıxışı olan kompüter quraşdırmışıq. Ancaq yenə də ənənəvi kitabların oxuculara daha yaxın olduğunu düşünürəm.

Belə genişmiqyaslı sərgilərin keçirilməsi çox vacibdir. Uşaqlar, məktəblilər və tələbələr sərgiyə gəlir, maraqlanır və stendlərlə tanış olurlar. Təəssüf ki, məktəbdə oxuduğum vaxtlarda belə imkanlar yox idi. Odur ki, düşünürəm ki, bu, layiqli və perspektivli bir layihədir.

Biz hər kəsi stendimizdə gözləyirik!


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN