Mən bir çox beynəlxalq sərgilərdə olmuşam və bu gün belə bir yüksək səviyyəli sərgidə məmnuniyyətlə iştirak edirəm. Gözəl dizayn edilmiş stendləri, onların yerləşməsini və tədbirin təşkilini bəyəndim. Böyüklü-kiçikli ziyarətçi izdihamı isə bizi çox sevindirir. Bir çox insan düşünür ki, indi camaat az oxuyur, lakin bu sərgini ziyarət etsəniz fikrinizi dəyişəcəksiniz. Elə bir ziyarətçi yoxdur ki, buradan əlində kitab getməsin. Göründüyü kimi, yüksək texnologiyalar dövründə, kitaba olan marağın azaldığı ehtimal edilən bir vaxtda, bu, sevindirici haldir və o deməkdir ki, insanların belə tədbirlərə ehtiyacı var və bu tədbirlər mütləq keçirilməlidir.