Oxucuları daha çox Azərbaycan, rus və ingilis dillərində olan kitablar maraqlandırır. Həmçinin, alman, fransız və ərəb dillərində də nəşrlərimiz var. Sərginin gedişində maraqlı tədbirlər, tanınmış yazıçıların və siyasi xadimlərin avtoqraf sessiyaları keçiriləcək. Qeyd etmək istərdim ki, yeddi məruzəçinin iştirak etdiyi “Yüksəl” təhsil layihəsini həyata keçiririk.
Eyni zamanda, Bakı Kitab Mərkəzində bu gün tamaşa ilə çıxış edəcək “Oyan” uşaq teatrı da fəaliyyət göstərir.
İnanıram ki, bu sərgi Azərbaycanda kitab çapının inkişafına təkan verəcək, çünki burada bir çox əlaqələr qurulur, çoxsaylı görüşlər keçirilir və bunun nəticəsində yeni layihələr yaratmaq üçün imkanlar yaranır.
Bütün qonaqları kitab mərkəzimizlə tanış etmək və digər nəşriyyat və kitab mağazaları ilə əlaqələr qurmaq istəyirik. Ümid edirik ki, bu təcrübə həm bizim, həm də ziyarətçilərimiz üçün faydalı olacaq.