Oktyabrın 4-də Hilton Baku otelində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin müdiri cənab Akif Marifli; cənab Fərid Məmmədov - Caspian Event Organisers şirkətinin baş direktoru iştirak edib.
Mətbuat konfransında İTV, Real TV, Səs TV, CBC TV, AZƏRTAC, Report.az, Trend İA, APA, ASAN Radio və bir çox digər KİV nümayəndələri iştirak ediblər.