Sona İbrahimova, Nizami adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi
Mən bu sərgini çox bəyəndim və müsbət təəssüratlarım var. Biz uzun müddətdir kitablara bu qədər yaxın olmamışdıq. Bu sərgi bir növ qiraət sevgisinin mənbəyidir. Həmçinin, tədbir tanınmış yazıçıları və xarici nəşriyyatçıları daha yaxından tanımaq üçün də əla fürsətdir.
Mən demək olar ki, bütün stendlərlə tanış oldum, yazıçı Rövşən Abdullayevin kitabını aldım. Çoxdan görmək istədiyim məşhur yazıçı Çingiz Abdullayev bu gün burada idi. Onun çıxışını böyük maraqla dinlədim. Builki sərgi görkəmli şair Nizami Gəncəviyə həsr olunub. Dahi şairin həyat və yaradıcılığından bəhs edən nəşrləri çox bəyəndim. Bu işdə bizim Ədəbiyyat İnstitutunun da xidməti var. Bütün nəşriyyatlar, kitab mağazaları və kitabxanaların burada birlikdə təmsil olunması diqqət çəkir.
Şübhəsiz ki, bu sahənin inkişafında sərginin böyük rolu var, tədbir yaddaşlarında əbədi olaraq qalacaq uşaqlar, məktəblilər və tələbələr üçün faydalıdır. Mən belə sərgilərin daha tez-tez keçirilməsini istərdim. Təşkilatçılara isə öz dərin minnətdarlığımı bildirirəm!