Stenddə Kolumbiya haqqında video-çarxlar da göstərilir. Biz artıq üçüncü ildir ki, sərgidə iştirak edirik və digər illərlə müqayisədə deyə bilərəm ki, stendlərin sayı daha çoxdur. Sərgi reklam üçün yaxşı fürsətidir. Özümüzü geniş auditoriyaya təqdim etmək, özümüz haqqında məlumat vermək, məlumatları paylaşmaq və ziyarətçiləri əsl, ləzzətli Kolumbiya qəhvəsinə qonaq etmək imkanımız var.
Sərgidə musiqi çıxışları, görüşlər və dialoqlar üçün şərait yaradılıb. Bu, çoxlarının əsl bayram adlandırdığı gözəl, maraqlı bir tədbirdir. Biz bu çıxışlarda da iştirak edirik. Bu gün ziyarətçilər və iştirakçılar bizim milli rəqslərimizi izləyə biləcəklər.