Özbək yazıçılarının əsərləri

Özbək yazıçılarının əsərləri

6 oktyabr 2021 0000

Muradova Muxtarama,

Özbəkistan Milli Kitabxanasının Beynəlxalq şöbəsi

Bu yaxınlarda Əlişir Nəvai adına kitabxana öz 150 illik yubileyini qeyd etdi. Təşkilatımız belə bir böyük sərgidə dəfələrlə iştirak edib. Bu gün kitabxanaya himayədarlıq edən Özbəkistan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Agentliyi ilə birlikdə Özbəkistanın stendini təqdim edirik.

Özbəkistanın Azərbaycandakı səfirliyi də bizim stendimizdə təmsil olunub və biz aparıcı nəşriyyatların nəşrlərini, broşürləri və kitabları təqdim edirik. Bunların hamısı dövlətimizin tarixini və mədəniyyətini əks etdirir. Qonaqlar burada özbək yazıçılarının əsərləri ilə tanış ola bilərlər. Stenddə milli geyimlər və atributlar da nümayiş olunur.

Düşünürük ki, bu sərgidə iştirak özbək xalqı kimi çox qonaqpərvər Azərbaycan xalqı ilə ünsiyyətdən böyük fayda və sevinc gətirəcək. Həmçinin hər iki ölkənin informasiya və kitabxana fəaliyyətini daha da inkişaf etdirmək üçün digər nəşriyyatlarla əlaqə qurmağı planlaşdırırıq.

Hesab edirəm ki, bu cür sərgilərin keçirilməsi bu sahənin inkişafında çox böyük rol oynayır. Bu, bilikləri artırmaq, digər nəşriyyatlarla təcrübə mübadiləsi etmək üçün əla fürsət, eləcə də peşəkar dialoq üçün əlverişli platformadır. Bütün qonaqları stendimizə dəvət edirik, sizinlə görüşməkdən məmnun olarıq!


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN