Əsil kitab bayramı!

Əsil kitab bayramı!

6 oktyabr 2021 0000
Sərxan Rüstəmov,
“LIBRAFF” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi

Biz ənənəvi olaraq bu gözəl sərgidə böyük məmnuniyyətlə iştirak edirik! Mən hətta
istərdim ki, bu tədbir ildə iki dəfə keçirilsin, çünki bu əsil kitab bayramıdır.
Auditoriyanı genişləndirmək üçün oxucularla ünsiyyət qurmaq vacibdir. Bu sərgidə mağazaları və nəşriyyatları təmsil edən həmkarlarla tanış olmaq mümkündür. Bizim mağaza
dörd il əvvəl açılıb və artıq bu gün Bakıda 5, Gəncə şəhərində isə 1 mağazamız var.
Müştərilərimizin istəklərini nəzərə alaraq, digər bölgələrdə də filiallarımızı açmağı planlaşdırırıq.
Fərqli dillərdə kitablarımız var. Ən çox satılan janrlar isə bestseller, roman və detektivlərdir.
“LIBRAFF” şirkətinin yeniliklərindən biri də hədiyyə olaraq təqdim etmək üçün rahat olan 30,
50 və 100 manatlıq hədiyyə kartları, eləcə də bonus kartlarıdır.
Sərgidə biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə ilə bağlı
bütün çıxışlarını, tvitlərini və bəyanatlarını əks etdirən “40 gün anbaan” kitabını, eləcə də ikinci
Qarabağ müharibəsindən bəhs edən Zahid Xəlilovun “Dəmir yumruq” və “Payıza gələn 44 bahar
hekayəsi” kitablarını təqdim edirik.
Tia.az press nəşriyyatı, müəlliflər ilə sıx təmasdayıq, buna görə də ildə bir neçə dəfə
salonlarımızda təqdimatlar və avtoqraf sessiyaları keçirilir. Pandemiya ilə əlaqədar olaraq bu cür
tədbirlər dayandırılıb, lakin biz artıq sentyabr ayından işimizi bərpa etmişik.

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN