Ziyarətçilər arasında gənclərin çoxluq təşkil etməsi sevindirici haldır

Ziyarətçilər arasında gənclərin çoxluq təşkil etməsi sevindirici haldır

8 oktyabr 2021 0000

Elxan Elatlı, Azərbaycan yazıçısı və şairi

- Bakıda keçirilən kitab sərgisini sevinclə və həvəslə ziyarət etdim. Tədbir ən yüksək səviyyədə təşkil edilib. Düzünü desəm, şəhərin mərkəzindən bir qədər uzaqda keçirilən sərginin lazımi sayda ziyarətçi cəlb etməyəcəyindən narahat idim. Lakin gördüyünüz kimi təşkilatçılar da bu işi də həll ediblər. Burada hər yaşdan böyük ziyarətçi axını müşahidə edilir. Çox sevindirici haldır ki, ətrafımda çoxlu gənclər görürəm. İndi tez-tez deyirlər ki, gənclər az kitab oxuyurlar, məncə isə sərgi bu faktı uğurla təkzib etdi.

Sərgidə müxtəlif ədəbiyyatların o qədər fərqli çeşidləri təqdim edilir ki, əminəm ki, hər bir ziyarətçi axtardığını tapıb. “Baku International Book Fair 2021” sərgisi çərçivəsində son əsərim təqdim olundu və onun nəşri barədə müqavilə imzalandı. Bu tədbirdən əvvəl oxucularla görüş keçirtdik və bu görüş də çox uğurlu oldu, mənim yaradıcılığımla tanış olan və maraqlı söhbət etdiyimiz xeyli sayda iştirakçını bir araya gətirdi.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN