Sərgilər həm startaplar, həm də nüfuzlu şirkətlər üçün vacibdir

Sərgilər həm startaplar, həm də nüfuzlu şirkətlər üçün vacibdir

8 oktyabr 2021 0000

Ülkər Məmmədova, “Everest” Nəşriyyat Evinin məsul nümayəndəsi

Nəşriyyatımız gəncdir - cəmi bir yaşımız var, lakin buna baxmayaraq, məhsullarımızın keyfiyyəti və çeşidi ilə öyünə bilərik. Əsasən uşaq ədəbiyyatını təqdim edirik. Bununla yanaşı, elmi və bədii əsərlər də çap edirik. Bu sərgidə uşaq kitabları nümayiş olunur. Onlardan biri Solmaz Amanovanın “Şuşanın sehrli açarları” kitabıdır. Kitabda Qarabağ müharibəsi mövzusundan bəhs edilir. Bugünkü hadisələr kitabda nağıl şəklində nəql olunur. Baş qəhrəman alleqorik dostların köməyi ilə Qarabağı azad edir.

Sərgi yüksək səviyyədə təşkil olunub. Hər bir nəşriyyat, təşkilat əla məhsullar nümayiş etdirir. Burada çoxlu xarici qonaqlar var, maraqlı insanlarla daim görüşlər keçirilir. Sərgidə mövcud olan sağlam rəqabəti bəyənirəm.

Sərgilər həm startaplar, həm də tanınmış şirkətlər üçün vacibdir. Özünüzü reklam etmək üçün sosial şəbəkələr, İnternet var. Ancaq canlı ünsiyyət prosesində daha çox məlumat verə və izah edə bilər və bu da daha yaxşı nəticə verir.

Fəaliyyətimizə pandemiyanın çətin dövründə başlamışıq və bu sərgi bizim üçün çox şey deməkdir. Bu tədbir bizə bütün məhsul çeşidimizi nümayiş etdirmək, daimi alıcılar tapmaq imkanı verir. Sərgi sayəsində artıq işgüzar danışıqlar aparmışıq. Düşünürəm ki, bu, böyük nailiyyətdir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN