Qabriel Qarsiya Markez Azərbaycan dilində

Qabriel Qarsiya Markez Azərbaycan dilində

7 oktyabr 2021 0000
Cəfər Cəfərzadə, Kolumbiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi

Biz bu gün sərgidə bir çox maraqlı kitabları təqdim edirik. Onlar Kolumbiyanın tarixini və mədəniyyətini işıqlandırır. Bu ölkə haqqında ümumi qısa məlumatları kiçik broşür və jurnallardan əldə etmək olar. Məşhur yazıçı Qabriel Qarsiya Markezin əsərləri stenddə böyük yer tutur. Bu əsərlər Azərbaycan, rus və ispan dilində təklif olunur və ziyarətçilər bu kitablara böyük maraq göstərirlər.

Stenddə Kolumbiya haqqında video-çarxlar da göstərilir. Biz artıq üçüncü ildir ki, sərgidə iştirak edirik və digər illərlə müqayisədə deyə bilərəm ki, stendlərin sayı daha çoxdur. Sərgi reklam üçün yaxşı fürsətidir. Özümüzü geniş auditoriyaya təqdim etmək, özümüz haqqında məlumat vermək, məlumatları paylaşmaq və ziyarətçiləri əsl, ləzzətli Kolumbiya qəhvəsinə qonaq etmək imkanımız var.

Sərgidə musiqi çıxışları, görüşlər və dialoqlar üçün şərait yaradılıb. Bu, çoxlarının əsl bayram adlandırdığı gözəl, maraqlı bir tədbirdir. Biz bu çıxışlarda da iştirak edirik. Bu gün ziyarətçilər və iştirakçılar bizim milli rəqslərimizi izləyə biləcəklər.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN