Nadir əlyazma nüsxələri...

Nadir əlyazma nüsxələri...

8 oktyabr 2021 0000

Gülsəida Abdullayeva, Milli kitabxananın şöbə müdiri

Sərgi təkcə yeni nəşrlərin deyil, eləcə də hər kəsin gəlmədiyi kitabxanaların nadir incilərinin də təbliğat yeridir. Məlum olduğu kimi, ölkəmizdə Nizami İli qeyd edilir və ona görə də nəinki stendimizdə, həm də sərgi mərkəzinin foyesində Nizaminin kitablarının bir neçə nüsxəsini nümayiş etdiririk. Bunlar dünya kitabxanalarında olan əlyazma kitabların nüsxələridir. Zərif dizayn və miniatürlər, yaşından və peşəsindən asılı olmayaraq sərginin bir çox qonaqlarının diqqətini cəlb edib.

Stendimizdə ümummilli lider Heydər Əliyevin hədiyyə etdiyi, üzərində onun imzası olan bir neçə kitab da var. Bu kitablar onun şəxsi fondundandır. Prezident İlham Əliyevin Məkkə şəhərindən gətirdiyi müqəddəs Quran bizim üçün dəyərli hədiyyədır. Burada ziyarətçilər bu kitabı da görə bilərlər. Bu nəşrlər bizim nadir kitablar kolleksiyamızda saxlanılır. Bunların arasında rus yazıçısı Lev Tolstoyun kitabları (1914-1915-ci illərin nəşrləri) da yer alır və bunlar üz qabığındakı süjetlərin ardıcıllığına görə xüsusilə dəyərlidir.

Sərgini çox bəyənirik. Burada başqa ölkələrin ekspozisiyalarında bir çox maraqlı kitablarla tanış olmaq imkanı əldə etdik. Türkiyənin və İranın stendləri nadir materialları ilə diqqət çəkir. Bura istənilən ziyarətçinin çox maraqlı şeylər tapa biləcəyi yerdir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN