Müasir kitabxana resursları

Müasir kitabxana resursları

7 oktyabr 2021 0000

Elçin Məmmədov, ADA kitabxanasının direktoru

ADA dördüncü dəfədir ki, bu sərgidə iştirak edir. Biz burada əsasən universitetin nəşrlərini, fakültələrimizin kitablarını təqdim edirik. Zəngin elektron resurs ehtiyatımız var və ziyarətçilər bir ay ərzində bu resurslara çıxış imkanı əldə edəcəklər. Biz müasir müəlliflik hüquqları və rəqəmsal hüquqların qorunması haqqında məlumatlılığı artırmağa və bunu informasiya cəmiyyətimizdə yaymağa çalışırıq. Həmçinin, elektron informasiya resurslarının mübadiləsi və bu resursların istifadəsinin yeni modeli haqqında hər kəsi məlumatlandırırıq.

Bu gün sərgisinin təşkilatçısı olan “CEO” şirkəti ilə birlikdə bir tədbir keçirdik - foyedə ADA Universiteti kitabxanasının kiçik bir modelini yaratdıq. O, yuxarıdakı istiqamətlərdə ziyarətçilərə xidmət göstərəcək. Hər kəs kitabxanamızın resurslarından istifadə edə bilər.

Qonaqlar buradakı stendimizdə ADA Universitetinin rektoru Hafiz Paşayevin nəşrləri, eləcə də müəllimlərimizin kitabları ilə tanış ola bilərlər. Bütün sualları cavablandırmağa hazırıq.

Ümidvaram ki, bugünkü sərgi bu sahənin inkişafına müsbət töhfə verəcək. İstərdim ki, sərgi bütün nəşriyyatların, kitabxanaların, eləcə də kitab mağazalarının əlaqə qura biləcəyi və məlumat mübadiləsi edə biləcəyi, görüşlər təşkil edə biləcəyi bir platformaya çevrilsin. Sərginin bütün iştirakçılarına və təşkilatçılarına uğurlar arzulayırıq və hər kəsi stendimizdə gözləyirik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN