Mən burada istədiyim kitabları tapa bildim

Mən burada istədiyim kitabları tapa bildim

8 oktyabr 2021 0000

Şeyda Yusubova, “Zaygon Consulting” şirkətinin meneceri

Mən müasir nəşriyyatlar və onların nəşr etdiyi məhsullarla tanış olmaq üçün bu sərgiyə gəlmişəm. Məni dini mövzular, ilahiyyatçılıq, psixologiya və menecment mövzuları maraqlandırır. Mən burada istədiyim kitabları tapa bildim. Sevindirici haldır ki, uşaqlar üçün və ana dilində çoxlu kitablar sərgilənir. Araşdırma kitabları çoxdur. Azərbaycan millətinin bütün psixo-tiplərini özündə birləşdirən kitab xoşuma gəldi.

Mən digər ölkələrin stendlərini də ziyarət edə bildim. Sərgi böyük təəssürat yaradır! Bu tədbirə görə layihənin təşkilatçılarına minnətdaram. Burada bir çoxunu tanımadığımız nəşriyyatlar tərəfindən necə nəhəng işlərin görüldüyünü aydın şəkildə anlamaq olur. Mən bir çox insanın, həm iştirakçılar, həm də təşkilatçıların əməyi ilə qürur duyuram!


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN