Çox sevinirəm ki, əsərlərim Azərbaycanda yaxşı tanınır!

Çox sevinirəm ki, əsərlərim Azərbaycanda yaxşı tanınır!

8 oktyabr 2021 0000

Sinan Canan, türk yazıçısı və tədqiqatçısı

- Kitab bəşəriyyətin ən qədim mirasıdır. Kitabın fiziki olaraq hiss etmək, səhifələri vərəqləmək və kənarlarında qeydlər aparmaq imkanının özünəməxsus sehri var.

Kitab sərgiləri kitaba toxunmaq, marağımıza uyğun əsəri və ya dərs vəsaitini tapmaq imkan baxımından əhəmiyyətlidir. Bu gün burada həm tanınmış klassiklərin, həm də yenicə yazmağa başlamış müəlliflərin kitabları təqdim olunur - hamısının öz oxucuları var. Kitabların endirimli qiymətlərlə satışı da ziyarətçiləri sərgiyə cəlb edir.

Təqdimatlar və oxucularla görüşlər keçirmək imkanı yaratdıqları üçün təşkilatçılara təşəkkür edirəm. Biz Türkiyədə bir çox ləhcədə danışırıq və buna görə də narahat idim ki, görəsən mənim türkcəmi necə anlayacaqlar. Yarı zarafat, yarı ciddi deyim ki, məni burada Türkiyədən daha yaxşı anladılar. Azərbaycan dili çox zəngindir. Bizdə unudulmuş dilin bəzi elementləri burada geniş istifadə olunur. Əsərlərimin Azərbaycanda yaxşı tanınması məni çox sevindirdi. Oxucularla görüş və imza mərasimi də bunu göstərdi.

Bakıda keçirilən bu sərgini çox bəyəndim və çoxsaylı ziyarətçilərin olması, kitaba olan yüksək maraq səbəbi ilə heyrətə gəldim. Əminəm ki, pandemiya şəraitinin bitməsi də kitab sərgilərinin daha da inkişaf etməsinə kömək göstərəcək və daha çox iştirakçı və ziyarətçi cəlb edəcəkdir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN