Böyüklü-kiçikli ziyarətçi izdihamı bizi sevindirir!

Böyüklü-kiçikli ziyarətçi izdihamı bizi sevindirir!

7 oktyabr 2021 0000
Zeytulla Cabbarov, Beynəlxalq Yazıçılar Birliyinin nümayəndə heyətinin rəhbəri

Oxucular stendimizdə Səriyyə Məmmədova və Bəsirə Sarayeva kimi müəlliflərin əsərləri, mənim əsərlərim, həmçinin bir sıra uşaq kitabları ilə tanış ola bilərlər. Bu əsərlər arasında Əliyevlər ailəsinə həsr olunmuş “Ailə tarixi” kitabını xüsusi qeyd etmək istərdim. Kitaba yeddi poema daxildir. Onların arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş poema, onun Zərifə Əliyeva ilə sevgi hekayəsi və “Müzəffər prezident” adlı böyük bir poema yer alır.

Mən bir çox beynəlxalq sərgilərdə olmuşam və bu gün belə bir yüksək səviyyəli sərgidə məmnuniyyətlə iştirak edirəm. Gözəl dizayn edilmiş stendləri, onların yerləşməsini və tədbirin təşkilini bəyəndim. Böyüklü-kiçikli ziyarətçi izdihamı isə bizi çox sevindirir. Bir çox insan düşünür ki, indi camaat az oxuyur, lakin bu sərgini ziyarət etsəniz fikrinizi dəyişəcəksiniz. Elə bir ziyarətçi yoxdur ki, buradan əlində kitab getməsin. Göründüyü kimi, yüksək texnologiyalar dövründə, kitaba olan marağın azaldığı ehtimal edilən bir vaxtda, bu, sevindirici haldir və  o deməkdir ki, insanların belə tədbirlərə ehtiyacı var və bu tədbirlər mütləq keçirilməlidir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN