Böyük bir nəşriyyatın layihə və perspektivləri

Böyük bir nəşriyyatın layihə və perspektivləri

7 oktyabr 2021 0000
Sevil İsmayılova, “Şərq-Qərb” nəşriyyatının direktoru

“Şərq-Qərb” 1986-cı ildən fəaliyyət göstərən ən iri nəşriyyatlardan biridir. Biz bu il öz 35 illik yubileyimizi qeyd edirik. Nəşriyyatımız dövlət sifarişlərini yerinə yetirir və Azərbaycan Respublikasının elmlər akademiyası, təhsil nazirliyi, mədəniyyət nazirliyi və prokurorluğu ilə əməkdaşlıq edir.

Biz həm elmi kitablar, həm də lüğət və dərsliklər nəşr edirik. Həmçinin biz yerli və xarici sərgi layihələrində də daim iştirak edirik, belə ki, bu həm zəruri, həm də vacibdir. Məqsədimiz yalnız kitablarımızı təqdim etmək deyil, həm də tərəfdaşların və həmkarlarımızın yenilikləri ilə tanış olmaq, yeni nə isə öyrənməkdir. Hazırda bütün dünyada təmayüllər tez-tez dəyişir, sərgi isə məlumatlılığı təmin edir və digər nəşriyyatlar ilə əlaqələr qurmağa kömək edir.

Hal-hazırda, böyük bir layihə üzərində işləyirik. Bu layihə Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrinin 30 illiyinə həsr olunub.

Sərgidə təqdim etdiyimiz ən yaxşı kitablardan biri də “Zəfər salnaməsi” kitabıdır. Bu kitabda 44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin çıxışları, verdiyi müsahibələr, heşteqləri və insanlara etdiyi müraciətlər yer alır. Stenddə bir çox başqa maraqlı kitablar var: Nizami Gəncəvinin müxtəlif dillərdəki əsərləri, Azərbaycan silahları haqqında “Azərbaycanın silah sənəti” (“The Azerbaijan armourer’s art”) kitabı, “Köhnə Şuşa”, “Molla Nəsrəddin” və s. Bu ilin yeniliyi isə QR kodlu dərsliklərdir. Bu layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə həyata keçirilir.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN