Biz kitab sərgisinə həmişə diqqətlə hazırlaşırıq!

Biz kitab sərgisinə həmişə diqqətlə hazırlaşırıq!

8 oktyabr 2021 0000

Rəşad Nəbiyev, “Altun Kitab” şirkətinin texniki redaktoru

Biz beynəlxalq kitab sərgisində daim iştirak edir və bu tədbirə həmişə ən yüksək səviyyədə hazırlaşmağa çalışırıq. Əsas fəaliyyət istiqamətimiz isə uşaq ədəbiyyatıdır – biz uşaqlar üçün uyğunlaşdırılmış kitablar hazırlayırıq. Xarici yazıçıların əsərləri Azərbaycan dilinə çevirir və uşaqlar üçün ixtisar edirik. Həmçinin, bizim məktəb dərsliklərimiz və oxu kitablarımız da var.

“Baku International Book Fair 2021” sərgisində iştirak etməkdə əsas məqsədimiz ziyarətçilərə onların satış mərkəzlərimizdə tapa bilmədikləri kitabları təqdim etmək və onları maraqlandıran bütün sualları cavablandırmaqdır.

Alıcıların bir çoxu Azərbaycan dilinə tərcümə olunan xarici ədəbiyyatla maraqlanır. Məktəbəqədər uşaqlar üçün bir sıra kitablarımız, uşaq ensiklopediyaları, lüğətlər, uşaq detektiv hekayələrimiz də var. Silsilə tarixi romanların satışını planlayırıq. İxtisar edilmiş tərcümə sistemi vasitəsi ilə təqdim olunacaq “Tarixi yaradanlar” silsiləsini də təqdim edirik.

Hesab edirəm ki, bu sahənin inkişafında sərginin rolu çox böyükdür. Bu tədbir oxucunu nəşriyyata yaxınlaşdırır. Bu fikir mübadiləsi və əlaqə qurmaq üçün əla fürsətdir. Qonaqlar məhsullarımıza daha yaxından tanış ola və çatışmazlıqlar barədə məlumat verə bilərlər. Biz isə öz növbəmizdə həmin çatışmazlıqların üzərində diqqətlə işləyəcəyik.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN