9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin mətbuat konfransı keçrilidi

9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin mətbuat konfransı keçrilidi

7 noyabr 2023 0000
7 noyabr tarixində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə (Baku International Book Fair 2023) həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və "Caspian Event Organisers" şirkətinin şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə iştirak edib.
Mətbuat konfransına kütləvi informasiya vasitələrinin nümayəndələri və sərgilərin təşkilat komitəsinin üzvləri də qatılıb.       
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcəkdir.
Sərgi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.
Sərginin fəxri qonaq ölkəsi Rusiya Federasiyasıdır.
Sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcəkdir.
Bakı Beynəlxalq Kitab Sərgisində təqdimat zonasının sponsoru qismində “Azercell” şirkəti çıxış edir.
Sərgi  müddətində Azərbaycan nəşriyyatları tərəfindən kitablara 30-50% endirim olunacaqdır.
Ziyarətçilərin “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir.
Sərginin hər gün üzrə proqramı www.bakubookfair.com saytında yerləşdirilmişdir.
Sərginin açılış mərasimi 11 noyabr 2023-cü il tarixində, saat 10:00-da Bakı Ekspo Mərkəzində olacaqdır.
Sərginin iş vaxtı: 10:00-dan 20:00-dəkdir. Sərgiyə giriş ödənişsizdir.
 

TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN