Xəbərlər

Baku Book Fair - Aqşin Yenisey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa-270” döş nişanı ilə təltif olundu

Aqşin Yenisey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa-270” döş nişanı ilə təltif olundu

09.10.2022

Xəbərlər

9 oktyabr 2022-ci ildə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zonasında şair Aqşin Yeniseylə “Şeir axşamı” adlı tədbir keçirildi.

Tədbir çərçivəsində Aqşin Yenisey Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimov tərəfindən “Şuşa-270” döş nişanı ilə təltif olundu. Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli döş nişanını Aqşin Yeniseyə təqdim etdi.

Təltif mərasimindən sonra Aqşin Yenisey təəssüratlarını bölüşdü. Bakı Beynəlxalq Kitab Sərgilərində beşinci dəfə iştirak etdiyini, ilk dəfə belə bir təltiflə mükafatlandırıldığını bildirən Aqşin Yenidey qeyd etdi ki, “bu mənim üçün çox gözlənilməz oldu. Şuşa şəhərinin adını daşıyan hər bir şey mənim üçün dəyərli və qiymətlidir. Çox qürurla mən bu döş nişanını öz üzərimdə daşıyacam. Artıq Şuşa mənim ürəyimin başında olacaq. Mən bu dəyərə görə ilk növbədə Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova və Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifliyə öz dərin təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarıdır.


Sərgİ başlayacaq:

Gün

Saat

Dəqiqə

Saniyə