Xəbərlər

Baku Book Fair - Sərgi möhtəşəmdir!

Sərgi möhtəşəmdir!

10.10.2021

Xəbərlər

Hünər Məmmədov, İndoneziya səfirliyinin nümayəndəsi

Çoxlarına məlumdur ki, İndoneziya əsrarəngiz bir ölkədir. Burada insanlar həmişə maraqlı nə isə görə bilərlər. Bu gün sərgidə İndoneziya mədəniyyətinin bütün sahələrini əks etdirən müxtəlif kitabları təqdim edirik. Bu nəşrlər kostyumlar, rəqslər, folklor və turistik yerlər haqqında məlumatlar verir.

Təsviri tamamlamaq üçün parlaq geyimlərdə və müvafiq atributlarla İndoneziyanın milli rəqslərinin təqdimatını təşkil etdik. Ekspozisiyamızda kitablarla yanaşı, maraqlı musiqi alətləri və suvenirlər görə bilərsiniz.

Mənim üçün sərgi bütün xalqların mədəniyyətlərini uğurla birləşdirir. Bu gün bu layihə kitab və mütaliənin mükəmməl təbliğinə xidmət edir. Bu çox vacibdir! İnformasiya texnologiyaları nə qədər inkişaf etsə də, kitab oxumaq həmişə aktualdır. Müxtəlif ölkələri təmsil edən bir çox maraqlı insanlarla tanış olmaq imkanı verdiyi üçün sərgini çox bəyənirəm. Onların hamısı ünsiyyət qurmaq imkanı əldə edir, yeni nə isə öyrənir və bir-birləri ilə təcrübə mübadiləsi aparırlar.

“Baku International Book Fair 2021” möhtəşəm sərgidir!