Xəbərlər

Baku Book Fair - Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin irimiqyaslı yeni layihəsi

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin irimiqyaslı yeni layihəsi

10.10.2021

Xəbərlər

Sule Yildiz, Head of department of the Ministry of Culture and Tourism of the Republic of Turkey

Pandemiya dövründən bəri ilk dəfə olaraq, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi (İstanbul Ticarət Palatası və Azərbaycan Mədəniyyət Nazirliyi ilə birlikdə) 7-ci Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Stendimizdə 22 nəşriyyat təqdim edilir. Bu orqanlar öz məhsullarını nümayiş etdirir və Azərbaycanlı həmkarları ilə görüşlərdə iştirak edirlər. Nazirliyimiz bu gün öz kitablarını, eləcə də Türkiyədə nəşr olunmuş iki minə yaxın əsərini təqdim edir. Ümumiyyətlə, stendimizdə beş minə yaxın kitab var.

Bununla yanaşı, biz yeni irimiqyaslı “TEDA” (Türkiye Edebiyatının Dışıl Açılımı) layihəsini təqdim edirik. Bu layihə çərçivəsində xarici nəşriyyatlar Türkiyədə nəşr olunan əsərləri öz dillərinə tərcümə edir, habelə nəşriyyat və tərcümə işlərinin gedişində çəkilən xərclərə görə bizdən gəlir əldə edirlər. Bu sərgidə Azərbaycan nəşriyyatlarını bu layihə ilə tanış edirik ki, onlar da Türkiyə əsərlərini Azərbaycan dilinə tərcümə edərək layihədən istifadə edə bilsinlər.

Biz həm də çox maraqlı ədəbi-mədəni proqram hazırlamışıq və nəşriyyat fəaliyyətimiz haqqında məlumat veririk. Biz uşaq ədəbiyyatı yazıçılarını da sərgiyə dəvət etmişik. 9 oktyabr tarixində sərginin qonağı Ercan Kesal olacaq və yazıçı özünün yeni filmi və kitabı haqqında məlumat verəcək, eləcə də Bakı Kitab Mərkəzində avtoqraf sessiyası keçirəcəkdir. Dünən çağdaş Türkiyə və Azərbaycan şeirlərinə həsr olunmuş tədbirimiz oldu.

Gələn il iştirak edən bütün nəşriyyatlar ilə çox böyük planlarımız, eləcə də Azərbaycan nəşriyyatları ilə daha çox görüşlərimiz olacaq. Mədəniyyət Nazirliyi ilə yenidən sərgidə iştirak etsək, daha böyük tədbirləri həyata keçirə biləcəyik.

Sərgini çox bəyənirik, tədbirdən razı qaldıq. Ənənəvi formatda kitab sərgisi keçirmək imkanı yazıçılara, publisistlərə və təşkilatçılara enerji verib. Ona görə də belə sərgilərin keçirilməsinin maarifləndirici və vacib olduğunu düşünürəm.