Xəbərlər

Baku Book Fair - Gənclərin sərgiyə marağı yüksəkdir

Gənclərin sərgiyə marağı yüksəkdir

09.10.2021

Xəbərlər

Erdal Mert, Bakı Türk Anadolu Liseyinin müəllimi

Bu gün Anadolu Liseyinin müəllim və şagirdləri təəssüratlarla zəngin olan bu sərgini ziyarət etdilər. Biz yuxarı sinif şagirdlərimiz ilə birlikdə Azərbaycan və Türkiyənin stendləri ilə tanış olduq. Bütün tələbələr bu sərgini böyük maraqla qarşıladılar.

Biz burada bir çox kitab mağazası və nəşriyyatların məhsulları, eləcə də yeni yazıçılarla tanış olmaq imkanı əldə etdik. Daha çox bədii ədəbiyyat, elmi kitablar və dərsliklər ilə maraqlanırdım. Qeyd etmək lazımdır ki, hər tələbənin üstünlükləri fərqlidir. Bəziləri daha çox fantastik əsərlərə, digərlərini isə elmi və tarixi istiqamətə maraq göstərir. Buna görə də, bu gün burada hər kəs özü üçün nə isə tapa bilər.

Bugünkü reallıq ənənəvi və elektron ədəbiyyatın mövcudluğudur. Məncə, elektron kitab kağız kitabı, onun görünüşünü, qoxusunu, verdiyi hissləri və vərəqləmə imkanını əvəz edə bilməz. Odur ki, kitabxanalarda nadir əsərləri tapmağa kömək edəcək müasir elektron qacetlərlə yanaşı ənənəvi kitablar da qoruyacaq.

Çox şadam ki, bu gün pandemiya səbəbi ilə yaranmış fasilədən sonra yenidən belə maraqlı bir sərgi təşkil olunub. Bu, ziyarətçilərin çox olması ilə də təsdiq olunan gözəl bir layihədir və mən ümid edirəm ki, bu sərgini davamı olacaq. Bu sərgi həm də onu göstərir ki, cəmiyyətin ona ehtiyacı var.