Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2022-ci il, 5-9 Oktyabr tarixində Bakı Ekspo mərkəzində, 8-ci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Sərgi-yarmarka zamanı 5 gün boyunca çoxsaylı yerli və xarici nəşriyyatlar, poliqrafiya müəssisələri və kitab evlərinin iştiraki gözlənilir. İştirakçılar Sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
SƏRGININ MƏQSƏDLƏRI:
- Yerli əhali arasında mütaliə mədəniyyətin təşviqi
- Yazıçılar və oxucular arasında görüşlər üçün platformanın yaradılması
- Yazıçı və nəşriyatların arasında işgüzar münasibətlər qurulması üçün fürsətlərin yaradılması
- Kitab biznesının inkişafı
- Sərgi ziyarətçilərinə məlumat verməklə müasir ədəbiyyatın və müəlliflərin təbliğatı.
- Ünsiyyət və təcrübə mübadiləsi vasitəsilə, gənc yazıçıların bilik və bacarıq səviyyələrinin artırılması
BOOKFAIR 2021 SƏRGİSİNİN RƏGƏMLƏRİ:
İştirakçılar: 145
Ziyarət sayı: 31 003
Ölkələr: 13
ƏLAVƏ TƏDBIRLƏR:
Sərgi çərçivəsində əlavə tədbirlər sayı – 250-dən çox
- İmza saatları
- Kitab təqdimatları
- Seminarlar
- Uşaqlar üçün tamaşalar
- Nağıl saatları
- Poeziya saatları
- Digər